0
Thursday 12 June 2014 - 01:27

Siyasi analitik: ABŞ-ın İrana qarşı sanksiyaları öz təsirini itirir

Story Code : 391246
Siyasi analitik: ABŞ-ın İrana qarşı sanksiyaları öz təsirini itirir
Siyasi analitik: ABŞ-ın İrana qarşı sanksiyaları öz təsirini itirir
Press TV-yə müsahibəsində Tehran Universitetinin professoru Muhəmməd Mərəndi deyib: “Əlbəttə ki, bu bir gecə içində baş verəcək bir şey deyil, ancaq bir gün ABŞ sadə xalqa qarşı daha bir başa sanksiyalardan istifadə etməyin heç bir məna vermədiyini anlayacaq və sanksiyaların təsirsiz hala gəldiyini görəcək.”

O əlavə edərək deyib ki, ABŞ keçmişdən indiyə qədər sadə iranlılara qarşı sanksiyalar tətbiq edərək onların əziyyət çəkməsinə səbəb olub.

Mərəndi əlavə edərək deyib: “Əgər WikiLeaks səndələrinə nəzər salsaq bir çox illər bundan əvvəl ABŞ-ın əsas məqsədi İran xalqının əziyyət çəkməsinə nail olmaq və bu vasitə ilə də xalqın hökumətə qarşı çıxmasını təmin etməkdən ibarət olduğunu görə bilərik.”

O bildirib ki, halhazırda çox yaxşı fürsət var və iranlılar ABŞ ilə aralarında mövcud olan, əgər bu həqiqətən də mövcuddursa, problemləri həll etməyə hazırdılar.

Analitik ABŞ səslənərək İranın Nüvə Silahı Yayılmama Razılığında mövcud olan haqqlarını tanımağa və İranın bu müqavilədə öz əksini tapan tələblərini qəbul etməyə təkid edib.

Mərəndi deyib: “İranlılar razılığa gələ bilərlər, ancaq bu o demək deyil ki, onlar öz haqqlarından imtina edəcəklər. Əgər amerikalılar həqəqitən də bu reallığı qəbul etməyə hazırdılarsa, bu zaman son razılaşma əldə ediləcək. Ancaq əgər amerikalılar fikirləşirsə ki, iranlıları diz çökdürərək hüquqlarını əllərindən ala biləcəklər, bu zaman onlar yanılır.”
Source : Islamtimes
Comment