QR CodeQR Code

Sionistlərdən Qurana qarşı hörmətsizlik

4 Oct 2010 14:01

IslamTimes - Sionistlər işğal olunmuş Fələstin torpağında yerləşən bir məscidə hücum edərək, məscidə od vuraraq Quranları yandırdılar.


IslamTimes “Farsnews”-a istinadən xəbər verir ki, sionistlər təhqiramiz bir addımla Fələstin torpaqlarına hücum edərək bir məscidə od vurublar. “Əl-cəzirə” telekanalı bildirib ki, “Beytul-Fucar” kəndində yeləşən bu məscidə od vurulması nəticəsində məsciddə olan Quranlar yandırılıb. 
Sionistlər bu gün günorta saatlarında Nablosun cənubunda Burin kəndində yerləşən bir məscidin sökülməsi istəyi ilə etiraz aksiyası keçirəcəklər.
"Əl-cəzirə" bildirib ki, sionistlərin bu təhrikləndirici addımları sülh danışıqlarının növbəti iclasının baş tutacağı ərəfədə baş verir. 
Benyamin Netanyahunun rəhbərliyi altında Fələstin torpaqlarında tikintilərin getməsinə baxmayaraq İsrail Fələstinlə sülh müzakirələrinin aparıldığından söz açır.


Story Code: 39158

News Link :
https://www.islamtimes.org/az/news/39158/sionistlərdən-qurana-qarşı-hörmətsizlik

Islam Times
  https://www.islamtimes.org