0
Monday 4 October 2010 - 15:21

İran və 5+1 müzakirələrinə yeni ölkələr qatılacaq

Story Code : 39169
İran və 5+1 müzakirələrinə yeni ölkələr qatılacaq
İran və 5+1 müzakirələrinə yeni ölkələr qatılacaq
İran BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyadan ibarət 5+1 ölkələri ilə nüvə müzakirələrinə yeni ölkələrin də qatılacağını bildirib.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Burucerdi İRNA agentliyinə açıqlamasında 5+1 ölkələri ilə müzakirələrə hazır olduqlarını və bu qrupa yeni ölkələrin qatılacağını bildirib.
Burucerdi xarici işlər nazirlərinin müavinləri səviyyəsindəki danışıqlarda nüvə enerjisi ilə yanaşı terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizə, regional bphranlar, enerji təhlükəsizliyi və dünyanın kütləvi qırğın silahlarından təmizlənməsi məsələlərinin müzakirə ediləcəyini söyləyib.
Müzakirə tarixinin iştirakçı ölkələrin ortaq qərarı ilə müəyyənləşəcəyini deyən Burucerdi nüvə ilə bağlı müzakirələrdə İranın təklifinə təməl çərçivədə baxılacağını qeyd edib.
Nüvə haqları ilə bağlı kimsəylə müzakirə aparmayacaqlarını deyən Burucerdi bildirib ki, bütün sülhməramlı ölkələrin nüvə enerjisi əldə etmək haqqı var.
Comment