0
Tuesday 5 October 2010 - 07:12

Almaniya prezidentindən Türkiyəyə dəstək

Story Code : 39213
Almaniya prezidentindən Türkiyəyə dəstək
Almaniya prezidentindən Türkiyəyə dəstək
Almaniya prezidenti Kristian Vulf Avropa Birliyinə üzvlük müzakirələri mərhələsində Türkiyəyə qarşı ədalətli və ucu açıq mövqe nümayiş etdirilməsini istəyib.
Vulf Türkiyədəki proseslərin diqqətəlayiq olduğunu vurğulayıb.
Almaniya prezidenti yaxın günlərdə həyata keçirəcəyi Ankara səfərindən öncə ARD televiziyasına verdiyi açıqlamada Türkiyədə konstitusiya dəyişikliyi kimi önəmli hadisələrin yaşandığına diqqət çəkib.
Qeyd edək ki, Vulfun prezident seçilmədən öncə sədr müavini olduğu Xristian Demokrat Birlik Partiyası Türkiyənin Avropa Birliyinə tam üzvlüyünə qarşı çıxır. Partiya Türkiyə üçün imtiyazlı ortaqlıq təklif edir.
Comment