QR CodeQR Code

Fransada tətillər ölkəni iflic edib

5 Oct 2010 07:14

IslamTimes - Fransanın həmkarlar ittifaqları ölkədə nəqliyyat və başqa sahələrdə geniş miqyaslı tətillərin davam edəcəyini bildiriblər.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Fransanın cənubunda Marsell şəhərinin yaxınlığındakı ən böyük neft limanında 8 gündən bəri işçilərin tətili davam edir. Liman rəsmiləri bildirirlər ki, işçilər Fos-Laven neft terminalını 8 gündən bəri blokadaya alıblar. Onlar limanda islahatların aparılmasına etiraz və işlərinə təminat tələb edirlər. Los-Lavera neft limanı Birləşmiş Ştatların Hyuston və Hollandiyanın Rotterdam limanından sonra dünyada ən böyük neft limanıdır. Fransanın hər tərəfində pensiya islahatlarına qarşı tətillər keçirilir. Limanda işləyən fəhlələrin həmkarlar ittifaqı gələn həftə hökumətin planına qarşı daha geniş tətilləri təşkil edəcəyini bildirir. Hökumətin planına əsasən işçilər təqaüdə 60 yaşda yox 62 yaşda çıxa biləcəklər. Hökumət bildirir ki, bu dəyişiklik zəruridir. Çünki Fransa təqaüd sistemi qəbuledilməz dərəcədə büdcə kəsrinə səbəb olub.


Story Code: 39215

News Link :
https://www.islamtimes.org/az/news/39215/fransada-tətillər-ölkəni-iflic-edib

Islam Times
  https://www.islamtimes.org