0
Tuesday 17 June 2014 - 09:28

Türk hakerlər Ərdoğana görə Avstriya XİN rəhbərinin saytını dağıtdılar

Story Code : 392674
Türk hakerlər Ərdoğana görə Avstriya XİN rəhbərinin saytını dağıtdılar
ANS PRESS-in məlumatına görə, Ərdoğanı hədələyən 28 yaşlı nazirin cavabını bu dəfə hakkerlər verib.
Ərdoğana Avstriyada nə danışması ilə bağlı əvvəlcə xəbərdarlıq edən, daha sonra hədələyən nazir Kurzun internet saytı dağıdılıb.
Özlərini "Cyber​​-Warrior Akıncılar" olaraq adlandıran türk hakkerlər Kurzun saytına türkcə, ingiliscə və almanca "Sən kimsən ki, balaca? Bizim baş nazirimizin nə danışacağına sən qərar verə bilməzsən. Baş nazir Ərdoğan, o üstündə yaşadığınız torpaqlara, Vyanaya qədər çatan əcdadın nəvəsidir! Biz Axınçılarıq, Biz Osmanlıyıq, Biz Türkiyəyik" yazıblar.
28 yaşlı S.Kurz yerli qəzetlərdən birinə verdiyi müsahibədə türkiyəli hökumət başçısına onun Vyanada necə çıxış etməli olduğu barədə bu cür xəbərdarlıq etmişdi:
"Ərdoğanı aydın şəkildə xəbərdar edirəm: o, Avstriya cəmiyyətini bölə bilməz. İnteqrasiya həssas bir məsələdir. Səhv bir çıxış bizi geriyə aparar və iqlimi zəhərləyər. Ərdoğan buradakı türklərə “alman dilini öyrənin və Avstriyaya sadiq qalın” kimi yaxşı məsləhətlər verə bilər. Amma o, Avstriyada Almaniyadakı kimi çıxış edərsə, bu, buradakı türklərin zərərinə olacaq.”
Comment