QR CodeQR Code

Neynəvada 15 terrorist məhv edildi

17 Jun 2014 16:28

IslamTimes - İraq ordusundan DAESH terror qruplaşmasına növbəti sarsıdıcı zərbə.


"IslamTimes" xəbər verir ki, İraq ordusu rəsmiləri bildirib ki, Neynəva əyalətində DAESH (İŞİD) terror qruplaşmasının 15 üzvü qətlə yetirilib, eyni zamanda Səudiyyə Ərəbistanı nömrə nişanlı 100 (4WD) avtomobil Suriya sərhədi yaxınlığındakı gizli bir məkanda aşkarlanaraq, məhv edilib.
Bu xəbərə əsasən, İraq Hava Qüvvələri DAESH üzvlərini məxfi sığınacaqlarına qədər izləyib, bundan sonra onları hədəfə aldığı üçün 15 terroristlə eyni zamanda 100 avtomobil də məhv edilib.
Xatırladaq ki, bir qədər əvvəl İraq ordusu İŞİD-in Baxibə şəhərinə hücumunu dəf edib və terroristlərin bugünki döyüşlərdə çox sayda itki verdiyi bildirilir.
Həmçinin İraq dövləti rəsmi Riyazı terroristləri himayə etməkdə günahlandırıb və bildirib ki, bu gün İraqda baş verənlərə görə Səudiyyə Ərəbistanı məsuliyyət daşıyır.


Story Code: 392866

News Link :
https://www.islamtimes.org/az/news/392866/neynəvada-15-terrorist-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org