0
Wednesday 18 June 2014 - 01:12

İŞİD İsrailin Sionizmi xilas etməsi üçün təşkil etdiyi təxribat planıdır

Story Code : 392972
İŞİD İsrailin Sionizmi xilas etməsi üçün təşkil etdiyi təxribat planıdır
İŞİD İsrailin Sionizmi xilas etməsi üçün təşkil etdiyi təxribat planıdır
İran hərbi birləşmələrinin komandiri general mayor Həsən Firuzabadi çərşənbə axşamı günü deyib: “Hökumət, ordu, müsəlmanlar və İraqın inqilabçı xalqı birlik və vəhdət vasitəsilə İraq inqilabını gücləndirə bilərlər.”

O əlavə edərək deyib ki, İraq seçkilərindən qəzəblənən ABŞ bu terrorçu qrupun əsil yaradıcısıdır.

İranlı komandir deyib ki, ABŞ-ın məqsədi hər hansı hərbi müdaxilə yolu ilə İraq seçkilərinin nəticələrini pozmaqdır. Onlar hələ də regionda terrorçuların əsas dəstəkçiləridir.

30 Aprel tarixində İraq 2011-ci ildən bəri ABŞ ordusunu ölkədən çıxartıqdan sonra ilk dəfə olaraq əl Qaidənin seçkiləri dağıdacağını bildirməsinə baxmayaraq parlament seçkiləri təşkil etdi.

İraq seçki komissiyası ölkədə keçirilən seçkilərdə əhalinin 60 faizinin iştirak etdiyini bildirdi. Seçkilərin nəticəsi göstərdi ki, İraq baş naziri Nuri əl Malikinin partiyası səslərinin əsas hissəsini qazanıb.

Firuzabadi daha sonra İraq xalqına səslənərək İŞİD təkfirçi qrupu qarşısında vahid və güclü şəkildə dayanmağa çağırıb.

İraq ordusu İŞİD terrorçularına qarşı döyüşməyə davam edirlər. Terrorçular bir sıra İraq şəhərlərində törətdikləri zorakılıqları paytaxt Bağdad da daxil olmaqla bir sıra digər şəhərlərədə də törədəcəklərini bildiriblər.
Source : Islamtimes
Comment