QR CodeQR Code

Nəsrullah: "Müqəddəs dini məkanların təhqir edilməsinə imkan verilməyəcək"

19 Jun 2014 04:27

IslamTimes - "Biz İraqdakı müqəddəs hərəmlər uğrunda şəhid olmağa və şəhid verməyə hazırıq. Çünki, onlar əvəzsizdir."


Livanın Hizbullah hərakatının baş katibi Seyyid Həsən Nəsrullah bəyan edib ki, əgər terrorçu İŞİD bir daha İraqda müqəddəs məkanlara hücum etsə, rəhbərlik etdiyi hərəkat müqəddəs Əhli-Beytə (ə) məxsus məkanları qorumağa hazırdır, - "Əl-Safir" qəzeti.
Seyid Həsən Nəsrullah hərəkatın hərbi qanadının təlimləri zamanı deyib: "Biz nə lazımdırsa, onu da edəcəyik".  Seyid Nəsrullaha yaxın mənbə qeyd edir ki, hərbi qanadın kəşfiyyat xidmətinin 20 illiyi mərasimində çıxış edən baş katib həmçinin bildirib: "Biz İraqdakı müqəddəs hərəmlər uğrunda şəhid olmağa və şəhid verməyə hazırıq. Çünki, onlar əvəzsizdir. Artıq bundan sonra Nəcəfdə, Kərbəlada və Samirradakı müqəddəs dini məkanların təhqir edilməsinə imkan verilməyəcək. Əgər Samirradakı müqəddəs Əsgəreynə bir şey olarsa, biz İmam Zamana (ə.f) necə cavab verəcəyik? Nə qədər ki, mərcəiyyətimiz var, nə qədər ki, İraq xalqının və alimlərinin müqaviməti var, bizim müqəddəslərimizə heç nə olmayacaq".  /Deyerler/


Story Code: 393283

News Link :
https://www.islamtimes.org/az/news/393283/nəsrullah-müqəddəs-dini-məkanların-təhqir-edilməsinə-imkan-verilməyəcək

Islam Times
  https://www.islamtimes.org