0
Thursday 19 June 2014 - 11:11

Amerika “raket qalxanı” etibarsız vəziyyətdədir

Story Code : 393331
Amerika “raket qalxanı” etibarsız vəziyyətdədir
Axar.az məlumat verir ki, ABŞ raketdən müdafiə sisteminin (Ground-based Midcourse Defense system) proqram etibarlılığının çox şişirdildiyi bəlli olub.
Keçirilən test zamanı qəza və problemlər düşünüldüyündən də artıq baş verib. GMD 2004-cü ildən fəaliyyət göstərməyə başlayıb, 7 yoxlamadan beşi boşa çıxıb.
Qeyd edək ki, bu sistem raketləri İran və Şimali Koreya kimi hipotetik rəqiblərin qarşısını almaq üçün düşünülüb. Bir neçə gün sonra - iyunun 22-də yeni sınaq keçiriləcək. Nəticədə daha 14 raketin Amerika arsenalına daxil olub-olmayacağı bəlli olacaq. Hal-hazırda 30 belə raket var.
Comment