QR CodeQR Code

Qəndəharda iki gün ərzində beş partlayış baş verib

6 Oct 2010 07:11

IslamTimes - Əfqanıstanın Qəndəhar əyalətində baş vermiş iki bomba partlayışı nəticəsində doqquz nəfər həlak olub, 20 nəfər xəsarət alıb.


APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət nümayəndələri bildiriblər ki, ilk olaraq partlayıcı qurğu yerləşdirilmiş avtomobil partlayıb, sonra bir qədər zəif ikinci partlayış baş verib. Ölənlər və xəsarət alanlar arasında qadın və uşaqlar var.
Bazar ertəsi Qəndəhar vilayətinin rayonlarının birinin keçmiş başçısı öldürülüb. Şəhərdə həmin gün üç partlayış nəticəsində dörd polis əməkdaşı həlak olub.


Story Code: 39335

News Link :
https://www.islamtimes.org/az/news/39335/qəndəharda-iki-gün-ərzində-beş-partlayış-baş-verib

Islam Times
  https://www.islamtimes.org