QR CodeQR Code

Əhmədinejad dünyanın ən güclü prezidenti seçildi

6 Oct 2010 08:13

IslamTimes - Xalqın nəzərləri hesablandıqdan sonra məlum olub ki, dünyanın ən güclü prezidenti İran İslam Respublikasının başçısı Mahmud Əhmədinejdaddır.


İslamTimes "Farsnews" xəbər agentliyinə istinadən bildirir ki, Almaniya xalqı “Foks” jurnalının sentyabr ayına olan sorğusunda iştirak edərək dünyanın ən güclü prezidentini seçiblər.
Almaniyada nəşr olunan “Foks” jurnalı telefon vasitəsi ilə təşkil edilən sorğuda dünya prezidentləri və siyasətçiləri arasında ən iqtidarlısını seçmək qərarına gəlib. Bu addım Almaniya xalqı tərəfindən müsbət qarşılanıb və sorğuda iştirak etmək üçün minlərlə insan zəng vuraraq öz fikirlərini bildiriblər. Xalqın nəzərləri hesablandıqdan sonra məlum olub ki, dünyanın ən güclü prezidenti İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejdaddır.
“Foks” jurnalı açıqlamasında bildirir ki, sorğuda iştirak edənlərin təqribən beşdə biri (19.6%) Əhmədinejada səs veriblər.
Bir sıra xəbər agentlikləri bu xəbəri dərc edərək Almaniya xalqının Əhmədinejada olan müsbət fikirlərindən yazıblar.
Qeyd edək ki, sorğuda ikinci yeri həyat yoldaşının “aktyorlarla yaşadığı eşq macəraları, çılpaq fotosessiyaları” ilə gündəmdə olan Fransa prezidenti Nikola Sarkozi tutur. Sarkozi 17.5% səs toplayıb.
Bu sorğuda üçüncü yeri ABŞ prezidenti Barak Obama tutur. Obama 15.4% səs toplaya bilib.
Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan 11.1% səslə dördüncü, Rusiya prezidenti Dimitri Medvedyev 9.7% səslə beşinci və Əfqanıstan prezidenti Hamed Kərzay 8.3% səslə altıncı yerə layiq görülüb.


Story Code: 39340

News Link :
https://www.islamtimes.org/az/news/39340/əhmədinejad-dünyanın-ən-güclü-prezidenti-seçildi

Islam Times
  https://www.islamtimes.org