QR CodeQR Code

Məhəmməd Badiaya ölüm hökmü verilib

20 Jun 2014 09:28

IslamTimes - Misirdə “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Badiaya və təşkilatın daha 13 fəalına ölüm hökmü verilib.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı, qanunvericiliyə uyğun olaraq, baxılması üçün ölkənin ali dini liderinə təqdim olunub. Yekun hökmün avqustun 3-də veriləcəyi gözlənilir.
Ölüm cəzasına məhkum olunanlar arasında Məhəmməd əl Beltaqi, İsm əl Əryan və Səfuət Hiqazi də var. Onlar paytaxt Qahirədə ötən ilin iyununda baş vermiş qanlı toqquşmalarla bağlı cinayət işi üzrə təqsirli hesab olunurlar.  


Story Code: 393609

News Link :
https://www.islamtimes.org/az/news/393609/məhəmməd-badiaya-ölüm-hökmü-verilib

Islam Times
  https://www.islamtimes.org