Partlayış nəticəsində İngiltərə yığmasının 10 azarkeşi yaralanıb
20 Jun 2014 10:45
IslamTimes - Braziliyanın San Paulu şəhərində naməlum şəxslər İngiltərə-Uruqvay oyununu xüsusi yaradılmış “Fan Zona”da izləyən İngiltərə yığmasının azarkeşlərinə hücum ediblər.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hücum edən şəxslərin “Fan Zona”ya partlayıcı qurğu atması nəticəsində İngiltərə yığmasının 10 azarkeşi yaralanıb. Yaralılar şəhər xəstəxanasına yerləşdiriliblər.
Hücum edən şəxslərdən bir neçəsi saxlanılıb. Araşdırma aparılır.
Xatırladaq ki, Uruqvay Suarezin vurduğu iki qolla İngiltərəni məğlub edib.
Story Code: 393618