0
Friday 20 June 2014 - 16:27

DİN və MTN-dən əməliyyat: 20 vəhabi həbs olundu

Story Code : 393741
DİN və MTN-dən əməliyyat: 20 vəhabi həbs olundu
"Musavat.com" hadisə yerində olan əməkdaşı Fərahim İlqaroğluna istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məscidə gedən yolu bağlayıblar: “Ərazidə çox sayda polis əməkdaşı var. Onlar maşınlarla yolları bağlayıblar. Eyni zamanda cümə namazına gələnlərin qarşısı kəsilir. Onlar birbaşa “Cümə məscidi”nə yönləndirilirlər”.
Onun sözlərinə görə, “Ləzgi məscidi”ndəki əməliyyat İŞİD-lə bağlıdır: “Ərazidəki ticarət köşklərində çalışanlardan öyrəndim ki, son günlər “Ləzgi məscidi”nə gələnlərin sayı çoxalıbmış. Onlar axşam saatlarında da məscidə gələrək tədbir keçirirmişlər”.
"Musavat.com"un əməkdaşı bildirib ki, Səbail Rayon Polis İdarəsininin əməkdaşları “Ləzgi məscidi”nin bağlanmasını orada keçirilən "tədbir”lə əlaqələndiriblər.
Comment