0
Saturday 21 June 2014 - 10:40

İranla Qərb arasında yekun saziş imzalanır

Story Code : 393925
İranla Qərb arasında yekun saziş imzalanır
Axar.az xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eştonun mətbuat nümayəndəsi Mixael Mann bu həftə yekun saziş layihəsinin tərtib olunmasına başlandığını bildirib.
Bundan başqa danışıqlarda iştirak edən tərəflərin iyulun 20-dək yekun sənədin imzalanmaya hazır olmasına səy göstərəcəkləri də qeyd olunub.
Budəfəki danışıqlarda əsas mövzu İranın nüvə sentrifuqalarının sayı və yekun sənəd imzalandıqdan sonra ölkəyə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların aradan qaldırılması müzakirə olunub.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə mətbuata açıqlamasında bildirib ki, İranla “altılıq“ ölkələri arasında bir sıra fikir ayrılığı hələ ki, tam həll edilməyib: “Müəyyən irəliləyişlər əldə edilib, amma hələ də bir sıra məsələlərlə bağlı ortaq məxrəc əldə olunmayıb və İran qarşı tərəf bitib-tükənməyən tələblər irəli sürərsə buna boyun əyməyəcək”.
Danışıqların sayca 6-cı raundu iyulun 2-də Vyanada keçiriləcək.
Comment