QR CodeQR Code

Araşdırma: ABŞ İŞİD-ə İordaniyanın gizli bazasında təlim keçib

Islamtimes , 21 Jun 2014 15:17

Islamtimes - Məlumatlı İordaniya rəsmiləri deyib ki, ABŞ ordu təlimçiləri 2012-ci ildə İordaniyada yerləşən gizli hərbi bazada İraq və Şam İslam Dövləti terror qrupunun üzvlərinə hərbi təlimlər keçib.


Amerikanın “WorldNetDaily” xəbər agentliyinə məlumat verən adları açıqlanmayan rəsmilər deyib ki, onlarla İŞİD üzvləri İordaniya gizli bazasında ABŞ tərəfindən Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsi planı tərkibində təlim keçiblər.

İordaniya rəsmiləri deyib ki, 2012-ci ildə İŞİD üzvlərinə keçirilən təlimlərin sonradan hansısa digər əməliyyatlarda istifadə edilməsi nəzərdə tutulmamışdır.
Onlar deyib ki, İordaniyada təlim keçən İŞİD terrorçuları əl Qaidə terror şəbəkəsi ilə sıx bağlı olan şəxslər idi.

Almaniyanın həftəlik dərc edilən Der Spiegel qəzeti də həmçinin keçən mart ayında məlumat verərək bildirmişdir ki, Amerika İordaniyada Suriyada döyüşən terrorçulara təlim keçir.

WND xəbər agentliyi daha sonra İraq baş naziri Nuri əl Maliki hökumətində olan yüksək vəzifəli rəsmilərə istinad edərək deyib ki, Obama administrasiyası əl Qaidə terror qrupundan ilham alan və halhazırda Bağdadı təhdid edən qrupun İordaniya və Türkiyədə təlim aldığından xəbərdar idi.

Mənbənin xəbər agentliyinə verdiyi məlumata əsasən Türkiyənin İncirlik bazasında ən azı bir İŞİD təlim bazası mövcud idi.

Türkiyədə təlim keçən minlərlə İŞİD döyüşçüləri daha sonra İraqda çaxnaşma salmaq üçün ölkəyə daxil oldular.
Keçən günlər ərzində İraq ordu qüvvələri İŞİD terrorçu qrupunun üzvləri ilə qızğın döyüşlər aparırlar.

İraq ordu qüvvələri və könüllülər bir neçə cəbhədə İŞİD-ə qarşı mübarizə apardığından terror qrupu artıq demək olar ki, zəifləyib.


Story Code: 394024

News Link :
https://www.islamtimes.org/az/news/394024/araşdırma-abş-işid-ə-iordaniyanın-gizli-bazasında-təlim-keçib

Islam Times
  https://www.islamtimes.org