QR CodeQR Code

ABŞ-ın yürütdüyü siyasət Yaxın Şərqin məhv edilməsinə hesablanıb

Islamtimes , 21 Jun 2014 18:43

Islamtimes - İran rəsmisi ABŞ-ı yürütdüyü ziddiyətli siyasət səbəbindən Yaxın Şərqdə qeyri stabilliyə səbəb olduğu üçün tənqid edib.


Cümə günü Tvitter səhifəsində şərh yazan İran prezidenti Həsən Ruhaninin siyasi müşaviri Həmid Əbutalibi ABŞ prezidenti təzəlikdə etdiyi açıqlamlara görə tənqid edib.

Cümə axşamı günü mətbuat konfransında Obama iddia edərək deyib ki, Suriya münaqişəsinə səbəb İranın Suriya hökumətinə birtərəfli dəstək verməsi olub. O İslam Respublikasını Yaxın Şərqdə baş verən hadisələrdə “məzhəbi təəssübkeşlik” etməkdə ittiham edib.

Obama deyib: “Bizim İran ilə bütün sahələrdə fərqliliyimiz var. Suriya baş verənlərə səbəb İranın ortaya girərək bir tərəfi müdafiə etməsi oldu.”

İran rəsmisi deyib: “ABŞ regionda ziddiyətli siyasət yürüdə bilməz: Suriyada müharibəni, İraqda isə sülhü və yaxud da Suriyada terrorçular ilə bir yerdə olub, İraqda isə bunu etməməsi.”

Əbutalibi deyib ki, ABŞ-ın regiondakı marağı göz önündədir və bu cür paradoksal siyasət regionu dağıtmaqdan ibarətdir.

10 İyun tarixində İŞİD terrorçuları İraqın Neynəva əyalətinin paytaxtı olan Mosulu ələ keçirdilər. Onlar daha sonra paytaxt Bağdaddan 140 kilometr şimali qərbdə yerləşən Tikrit şəhərini ələ keçirdilər.


Story Code: 394092

News Link :
https://www.islamtimes.org/az/news/394092/abş-ın-yürütdüyü-siyasət-yaxın-şərqin-məhv-edilməsinə-hesablanıb

Islam Times
  https://www.islamtimes.org