QR CodeQR Code

Obama terrorizm ilə mübarizədə ciddi deyil

Islamtimes , 21 Jun 2014 18:48

İslamtimes - İranın yüksək vəzifəli rəsmisi deyib ki, ABŞ prezidenti Barak Obama administrasiyası İraqda mövcud olan terrorizm ilə mübarizədə ciddi deyil.


İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Huseyn Əmir Abdullahi cümə günü deyib: “Obamanın açıqlaması göstərdi ki, Ağ Ev İra və regionda mövcud olan terrorizm ilə mübarizədə ciddi deyil.”

İran rəsmisi bu açıqlamanı Obamanın Bağdada hərbi müşavirlər göndərməyi planlaşdırdığını və İŞİD-ə qarşı ayrı heç bir addım atmayacağını bildirdikdən sonra etdi.

Əmir Abdullah deyib ki, ABŞ-ın terrorizm və İŞİD ilə mübarizəni təxirə salması ABŞ-ın İraqdakı məqsədlərinə şübhə və kölgə salır.

O əlavə edərək deyib ki, ABŞ İraqda terrorizm ilə mübarizə aparmaq əvəzinə regionda məzhəbi çaxnaşmanın qızışmasını gözləyir.

Əmir Abdullah deyib ki, Vaşiqntonun terrorçular və siyasi müxalifət qrupları arasında seçim edə bilməməsi terrorizmi daha da gücləndirdi və İŞİD kimi qrupların yaranması ilə nəticələndi.

10 İyun tarixində İŞİD terrorçuları İraqın Neynəva əyalətinin paytaxtı olan Mosulu ələ keçirdilər. Onlar daha sonra paytaxt Bağdaddan 140 kilometr şimali qərbdə yerləşən Tikrit şəhərini ələ keçirdilər.


Story Code: 394094

News Link :
https://www.islamtimes.org/az/news/394094/obama-terrorizm-ilə-mübarizədə-ciddi-deyil

Islam Times
  https://www.islamtimes.org