QR CodeQR Code

Sisi ərəb kralının alınından öpdü

23 Jun 2014 10:24

IslamTimes - Misirin dövlət başçısı Əbdülfəttah Səid Hüseyin Xəlil əl-Sisi Səudiyyə Ərəbistanı kralını ziyarət edib, görüş zamanı isə onun alınından öpüb.


Axar.az xəbər verir ki, 89 yaşlı ərəb kralı Abdullah Fasa getmək üçün yola çıxdığı xüsusi təyyarəsi ilə Qahirəyə eniş edərək, Misir dövlət başçısı ilə görüşüb. Diqqət çəkən bir məqam isə görüşün kral təyyarəsində gerçəkləşməsi olub. 35 dəqiqə davam edən görüşdə ərəb kralı Abdullah Sisini prezident seçilməsi münasibətilə təbrik edib və Misirin gələcəyi üçün hər cür dəstəyə hazır olduqlarını bildirib.


Story Code: 394342

News Link :
https://www.islamtimes.org/az/news/394342/sisi-ərəb-kralının-alınından-öpdü

Islam Times
  https://www.islamtimes.org