QR CodeQR Code

İŞİD-in “mərhəməti” (FOTO)

23 Jun 2014 10:56

IslamTimes - “İŞİD Suriya Homsda kasıblara paylamaq üçün zəkat toplayır”


Dünya Sosial şəbəkədə günahsız insanlarını başını kəsən, keçdikləri yerlərdə sakinləri sorğu-sualsız güllələyən İŞİD terrorçularının zəkat toplamasını əks etdirən foto şəkillər yayılıb. ANS PRESS-in xəbərinə görə, tvitterdəki “Sələfi Cihadi” səhifəsində yayılan şəkillərdə bir neçə nəfərin çox sayda xırda buynuzlu mal-qaranı yük avtomobilinə yığması əks olunub. Şəklin altında isə “İŞİD Suriya Homsda kasıblara paylamaq üçün zəkat toplayır” – yazılıb. Zəkatın könüllülük əsasında verildiyi, yoxsa zənginlərdən məcburi qaydada toplanması isə məlum deyil.


Story Code: 394346

News Link :
https://www.islamtimes.org/az/news/394346/işid-in-mərhəməti-foto

Islam Times
  https://www.islamtimes.org