0
Monday 23 June 2014 - 11:55

BƏƏS üzvləri Mosulda İŞİD terroristini edam edib

Story Code : 394355
BƏƏS üzvləri Mosulda İŞİD terroristini edam edib
"IslamTimes" "Fars" xəbər agnetliyinə istinadən xəbər verir ki, Səddam Hüseyn rejiminin qalıqlarından olan BƏƏS partiyası üzvləri İraqın Mosul şəhərində DAEŞ terror qruplaşmasının üzvlərindən birini edam edib. İŞİD bu günədək BƏƏS və onların rəhbəri olan İzzət əl-Duri ilə hazırkı İraq böhranında həmkarlıq etdiklərini dilə gətirmişdi. Amma buna baxmayaraq İŞİD-lə BƏƏS terror qrupu arasında olan ideoloji ixtilaflar səbəbindən onlar arasında bəzi məqamlarda ciddi qarşıdurmalar yaşanıb. İŞİD terror qruplaşması ötən gün yaydığı bəyanatda bildirib ki, BƏƏS üzvləri İŞİD terroristlərindən birini edam edib. Edama səbəb isə İŞİD üzvünün açıq-aşkar spirtli işçi qəbul edən BƏƏS üzvlərinə etiraz etməsi olub. İŞİD bu hadisədən sonra verdiyi bəyanatda bildirib ki, aşkar şəkildə spirtli içki qəbul edilməsi və İŞİD üzvünün edamı BƏƏS qruplaşmasının kafir olmasının dəlilidir.
Comment