QR CodeQR Code

Obama məğlub olduğu ilə razılaşa bilmir!

7 Oct 2010 08:59

IslamTimes - ABŞ prezidenti Barak Obama Konqres rəhbərliyinə bildirib ki, o, Əfqanıstandakı müharibə strategiyasına dəyişikliklər etmək istəmir.


Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Sentyabrın 30-u tarixli məktubunda prezidenti bildirib ki, onun administrasiyası ötən dekabrda açıqladığı siyasəti davam etdirəcək. O vaxt prezident Obama Əfqanıstana əlavə 30 min qoşun göndərmək barədə fərman vermişdi. Həmin strategiyaya əsasən ABŞ qüvvələri 2011-ci ilin iyulunda ölkədən çıxmağa başlamalıdır. Obama deyib ki, ABŞ ordu generalı Devid Petreusun koalisiya qüvvələrinə rəhbər təyin edilməsindən əlavə başqa bir ölçüyə lüzum görmür. Ağ Ev Obamanın Əfqanıstan prezidenti Həmid Karzayla telefonda danışdığını bildirib. Söhbət zamanı Əfqanıstandakı parlament seçkiləri və ABŞ-Əfqan münasibətləri müzakirə olunub.


Story Code: 39458

News Link :
https://www.islamtimes.org/az/news/39458/obama-məğlub-olduğu-ilə-razılaşa-bilmir

Islam Times
  https://www.islamtimes.org