0
Tuesday 24 June 2014 - 15:01

İŞİD ABŞ-ın yalnış siyasətinin nəticəsidir

Story Code : 394687
İŞİD ABŞ-ın yalnış siyasətinin nəticəsidir
İŞİD ABŞ-ın yalnış siyasətinin nəticəsidir
Bazar günü CBS kanalına müsahibə verən senator Barbara Bokser deyib ki, ABŞ bir daha İraqda halhazırkı şəraitə gətirib çıxaran siyasətə geri qayıtmamalıdır.

O keçən iki həftə ərzində İraq hökumətinə qarşı müharibə başladan İraq və Şam İslam Dövləti adlı terror qruplaşması haqqında deyib: “Fakt budur ki, bizim halhazırda İraqda müşahidə etdiyimiz vəziyyət və orada mövcud olan terror qruplaşması ABŞ-ın yetirdiyi yalnış siyasətin nəticəsidir.” Təkfirçi terrorçular İraqın bəzi əsas şəhərlərini ələ keçiriblər.

O deyib: “Bir vaxtlar sabiq prezident Corc Buş və Ramsfeld üçün işləyən sabiq vitse prezident Dik Çeni və Condi Rays yenidən bizə deyirlər ki, ABŞ İraqı yenidən işğal etməlidir. Ancaq Amerika xalıq bunu istəmir.”

Çeni bazar günü ABŞ prezidenti Barak Obamaya səslənərək İraqı işğal etməyə çağırmış və prezidenti ölkədə yürütdüyü siyasətə görə tənqid etmişdir.

Senator Rand Paul da həmçinin Çeninin tənqidini rədd edərək deyib ki, prezidenti İraqda mövcud olan münaqişəyə görə tənqid edən bir çox tənqidçilər güzgüdə özlərinə baxsınlar.

Paul NBC xəbər kanalına deyib: “ Mən prezident Obamanı günahlandırmıram.”
Paul deyib ki, Obamanın tənqidçiləri eyni sualları 2003-cü ildə İraq işğalını dəstəkləyənlərdən də soruşmalıdırlar.
Source : Islamtimes
Comment