0
Tuesday 24 June 2014 - 15:19

Amerikalı siyasi şərhçi: ABŞ İraqda “parçala və hökümranlıq et” siyasətini yeridir

Story Code : 394691
Amerikalı siyasi şərhçi: ABŞ İraqda “parçala və hökümranlıq et” siyasətini yeridir
Amerikalı siyasi şərhçi: ABŞ İraqda “parçala və hökümranlıq et” siyasətini yeridir
Birləşmiş Millətlər Anti-müharibə Koalisiyasının rəhbəri olan Joe İosbaker bazar ertəsi günü telefon vasitəsilə verdiyi müsahibə zamanı İran İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xameneinin İraq haqqında bəyanatına şərh verib.

Bazar günü Tehranda yığıncaq iştirakçılarına müraciət edən İslam Rəhbəri İranın ABŞ-ın İraqa müdaxiləsinə qarşı müxalif olduğunu bildirmiş və demişdir ki, ABŞ başda olmaqla Qərb dövlətləri İraqda baş verən münaqişənin arxasında dururlar.

Ayətullah Xamenei İraqın bir neçə şəhərini ələ keçirmiş və əl Qaidə terror şəbəkəsinə bağlı olan İraq və Şam İslam Dövləti terror qrupuna işarə edərək deyib ki, hegamon Qərb gücləri, məxsusən də ABŞ bu cahil insanların avamlığından istifadə edir.

İslam Rəhbəri bildirib ki, İraqda mövcud olan münaqişə Şiə və Sünni arasında deyil, əksinə hegamon dövlətlərin təkfirçilərdən və sabiq İraq diktatoru Səddam Huseyn rejiminin qalıqlarından istifadə edərək İraqı dağıtmaq məqsədi güdür.

İosbaker deyib: “İraq ABŞ, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən maliyyələşdirilən və dəstəklənən İŞİD – İraq və Şam İslam Dövləti terror qrupu tərəfindən işğal edilib.”

O əlavə edərək deyib: “Bir neçə on illiklərdir ki, İraq Sünni, Şiə və Kürdlərin bir ada yaşadığı bir ölkədir və həmçinin onlar bir ada yaşamaqla yanaşı bir biriləri ilə evlənirlər də.”

O şərh edərək bildirib: “İraqda ilk parçalanma 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi ilə yarandı. “Parçala və hökümranlıq et” siyasəti ABŞ imperializminin qədim strategiyalarından biridir.”
Source : Islamtimes
Comment