QR CodeQR Code

İşğalçı İsrail rejiminin qırıcıları Qəzzəyə hücum etdi

7 Oct 2010 10:28

IslamTimes - İsrail qırıcıları mühasirədə olan Qəzzə zolağına hücum edərək polis məntəqəsini hədəfə alıb. Hücum zamanı bir nəfər yaralanıb, yaşayış evlərinə isə ciddi zərər dəyib.


İşğalçı İsrail rejiminin hücumu bu gün səhər saatlarında baş verib. Qırıcıların endirdiyi zərbələr nəticəsində bir mülki vətəndaş yaralanıb, ətrafdakı yaşayış evlərinə isə ciddi zərər dəyib.
Presstv-nin verdiyi məlumata əsasən işğalçı rejimin 3 qırıcısının aşağı hündürlüklə uçması və polis məntəqəsini hədəfə alması xalq arasında çaxnaşmaya səbəb olub.
Bu hücumdan bir neçə saat öncə də İsrail qırıcları Qəzzə üzərində uçuşlar etmişdi.
Qeyd edək ki, İsrail ordusu xəbər dərc olunanadək hava hücumları haqda açıqlama verməyib.


Story Code: 39470

News Link :
https://www.islamtimes.org/az/news/39470/işğalçı-israil-rejiminin-qırıcıları-qəzzəyə-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org