0
Thursday 7 October 2010 - 13:54

ABŞ-ın bütün atom bombaları Almaniyadan çıxarılacaq

Story Code : 39495
ABŞ-ın bütün atom bombaları Almaniyadan çıxarılacaq
ABŞ-ın bütün atom bombaları Almaniyadan çıxarılacaq
Belə bir bəyanatla Almaniya XİN rəhbəri Qido Vestervelle çıxış edib, - “Lenta” xəbər verir.
Almaniya artıq bundan öncə də rəsmən bəyan edib ki, nüvə silahından imtina edəcək və NATO-nun üzvü olmaqla ondan yalnız müdafiə məqsədilə istifadəyə öhdəlik götürəcək.
Hazırda Almaniyanın Reynpland ərazisində Byuxel Hərbi Hava Qüvvələri bazasında ABŞ hərbçiləri tərəfindən mühafizə edilən 20 ədəd B61 tipli Amerikanın atom bombası var. Hazırda ölkənin Amerikanın atom bombalarından təmizlənməsini daha çox Xarici İşlər Naziri Qido Vestervelle irəli sürür. O, hələ 2009-c ildə Azad Demokratlar Partiyasının seçki öncəsi proqramına da həmin tələbi salmışdı. Vestervelle bu dəfə çıxış edərək onların tez bir zamanda Almaniyadan çıxarılması və ABŞ-a qaytarılmasını tələb edib. /Deyerler/
Comment