0
Wednesday 25 June 2014 - 21:00

İran İraqla sərhəddə ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib

Story Code : 395102
İran İraqla sərhəddə ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib
APA-nın “Fars” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə İran Quru Qoşunları komandanının koordinasiya məsələləri üzrə müavini, general-mayor Əli Arastə açıqlama verib. O bildirib ki, İran Quru Qoşunlarının komandanlığı bir sıra tədbirlər həyata keçirərək ölkənin qərb və cənub-qərbində tam hazır vəziyyətdə dayanıb: “İraq-Şam İslam Dövləti (İŞİD) qüvvələri son vaxtlar İraqın bir sıra bölgələri, o cümlədən Mosulda irəliləyərək həmin ərazilərin bəzi hissələrini işğal ediblər. Lakin bu silahlı qruplaşma ilə mübarizənin vacibliyinə dair alimlərin çağırışından sonra İraq Silahlı Qüvvələri ilə yanaşı, könüllü dəstələr də İŞİD-ə qarşı irimiqyaslı hücumlara başlayıb”.
Comment