0
Friday 27 June 2014 - 19:08

Rusiya qırıcıları İŞİD-i bombalayacaq

Story Code : 395608
Rusiya qırıcıları İŞİD-i bombalayacaq
Axar.az xəbər verir ki, BBC-nin ərəb dilində yayımlanan şöbəsinə danışan Maliki bir həftə içərisində terrorçuların yuvalarını yox edəcəklərini bildirib. Malikinin bu addımına Rusiya Prezidenti Vladimir Putin də dəstək verib.
BMT açıqlamalarına əsasən, iyunun 9-dan bu yana İŞİD-in İraq, İordaniya və Suriyada islam dövləti qurmaq cəhdi mindən çox insanın həyatına son qoyub.
Publika.az isə xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin İraq ərazisinin terrorçulardan azad olunmasına tam dəstək göstərməyə hazır olduğunu iki gün öncə Maliki ilə telefon danışığı zamanı bildirib. Putinin bu addımı ABŞ ekspertlərinin diqqətini çəkib. Son dərəcə aydın bəyanatın olduğunu deyən ekspertlər Moskvanın Suriyada Əsəd rejimi kimi, İraqda da Maliki hökumətini dəstəklədiyini deyir. Onların fikrincə, Rusiya ABŞ-ın qərarsızlığından istifadə edə və İraqda təşəbbüsü əsas rəqibinin əlindən ala bilər.
İraq Baş naziri 2012-ci ilin oktyabr ayında Rusiyaya etdiyi səfərində ümumilikdə 4,2 milyard dollar dəyərində olan iki müqavilə imzalamışdı. İki milyard dollar dəyərində olan ilk müqavilə 30 ədəd “Mİ-28NE” hərbi vertolyotların, 2,2 milyard dollar dəyərində olan ikinci müqavilə isə 42 ədəd “Pantsir-S1E” zenit-raket kompleksinin alınmasını nəzərdə tutur.
Razılaşma ilə Rusiya ABŞ-dan sonra İraqa silah satan ən böyük ikinci ölkə mövqeyini ələ keçirib. ABŞ hərbçilərinin İraqdan çıxmasından sonra ordunu yenidən qurmağa çalışan Maliki heç bir ölkənin İraqa silah satışında inhisarçı mövqeyə sahib olmadığını bildirmişdi.
Comment