QR CodeQR Code

50 terrorçu öldürüldü

28 Jun 2014 13:13

IslamTimes - Nigeriyada terror hadisələri törədən "Boko Haram" qruplaşmasının 50 üzvü məhv edilib.


ANS PRESS-in məlumatına görə, Nigeriya təhlükəsizlik qüvvələrinin təşkil etdiyi hücumda 50 "Boko Haram" silahlısı öldürülüb.
Nigeriya ordusunun internet saytında verilən açıqlamada qruplaşmanın Miyanti və Bulunqudakı düşərgələrinə təşkil edilən hücumda 50 "Boko Haram" silahlısı ilə yanaşı, 2 hərbçinin öldüyü, 5 əsgərin isə yaralandığı bildirilib.
Hücum nəticəsində 15 tüfəng, 11 avtomat, çox sayda döyüş sursatı, bir yanacaq saxlama çəni, yük maşını və motosiklet ələ keçirilib.
Xatırladaq ki, BMT tərəfindən terror təşkilatları siyahısına daxil edilən "Boko Haram" qruplaşması aprelin 14-də Nigeriyanın Şibok şəhərində olan bir məktəbə hücum edərək, orada təhsil alan 276 qızı qaçırıb.


Story Code: 395719

News Link :
https://www.islamtimes.org/az/news/395719/50-terrorçu-öldürüldü

Islam Times
  https://www.islamtimes.org