QR CodeQR Code

Əfqanıstanın Qunduz əyalətinin qubernatoru məsciddə törədilən partlayışda həlak olub

8 Oct 2010 16:34

IslamTimes - Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətinin qubernatoru Məhəmməd Ömər məsciddə baş vermiş partlayışda həlak olub.


APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə qubernatorun mətbuat katibi Faizulla Tauhidi bildirib.
M. Ömər bu il sentyabrın əvvəllərində bildirmişdi ki, rəhbərlik etdiyi əyalət “Taliban” və “Əl-Qaidə”nin təxribat mərkəzinə çevrilir.
Qeyd edək ki, Qunduz əyalətinin 40%-nə taliblər nəzarət edir.


Story Code: 39577

News Link :
https://www.islamtimes.org/az/news/39577/əfqanıstanın-qunduz-əyalətinin-qubernatoru-məsciddə-törədilən-partlayışda-həlak-olub

Islam Times
  https://www.islamtimes.org