0
Saturday 28 June 2014 - 15:05

AB-dən Ukraynaya şok: “Rusiyasız müqavilə işləməyəcək”

Story Code : 395784
AB-dən Ukraynaya şok: “Rusiyasız müqavilə işləməyəcək”
Axar.az -ın Ukrayna mediasına istinadən məlumatına görə, qurum rəsmi Kiyev qarşısında həlli çətin, həmçinin alçaldılıcı şərt qoyub. Avropa Birliyi adından “Röyter” agentliyinə açıqlama verən Almaniya kansleri Angela Merkel bildirib ki, qurumla Ukrayna arasında imzalanan assosiyasiya müqaviləsinin iqtisadi bəndinin qüvvəyə minməsi yalnız rəsmi Kiyevin Rusiya ilə razılığa gəlməsindən, barışığından sonra mümkündür. Merkelin sözlərinə görə, hələ də onlarda Rusiya ilə bağlı narahatlıqlar və Avropa Birliyi tərəflər arasında bu yöndə vasitəçilik missiyasını üzərinə götürməyə hazırdır.
Xatırladaq ki, bu gün Brüsseldə Ukrayna Prezidenti Pyotr Poroşenko, Avropa Birliyinin prezidenti Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barozzo assosiyasiya müqaviləsinə imza atıblar.
Comment