0
Saturday 28 June 2014 - 13:55

Avropa Birliyi İsrailin qanunsuz məskənlərində fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edib

Story Code : 395787
Avropa Birliyi İsrailin qanunsuz məskənlərində fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edib
Avropa Birliyi İsrailin qanunsuz məskənlərində fəaliyyət göstərən şirkətlərə xəbərdarlıq edib
Cümə günü İtaliya xarici işlər naziri Federika Moğerini Avropa Birliyi adından çıxış edərək deyib ki, İsrail məskənlərində pul köçürmələri, investisiya, alqı-satqı, müqavilə və turizim fəaliyyətə qadağandır.

İspan hökuməti də həmçinin işğal edilmiş Qərb Sahili, Şərqi Qüds və Colan Yüksəkliklərində mövcud olan qanunsuz məskənlərdə öz vətəndaşlarına ticarət işləri aparmağı qadağan edib.

İspaniya xarici işlər naziri bəyanatda həmçinin halhazırkı vəziyyətin torpaq, su və təbii sərvətlər haqqında mübahisələrə səbəb olacaq.

O deyib: “Şirkətlər nəzərə almalıdır ki, onların qanunsuz məskənlərdə fəaliyyətləri beynəlxalq qanunların və insan haqqlarının pozuntusuna gətirib çıxaracaq.”

Cümə axşamı günü də Fransa da həmçinin şirkətləri İsrail məskənlərində ticarət ilə məşğul olmağın riski haqqında xəbərdar edib.

Britaniya və Almaniya da artıq eyni tipli xəbərdarlıqlar dərc edərək vətəndaşları qanunsuz məskənlərdə ticarət ilə məşğul olmaqdan çəkindirib.

Beynəlxalq ictimaiyyət işğal edilmiş Fələstin torpaqlarında inşa edilmiş yaşayış məskənlərini qeyri qanuni hesab edir.
Source : Islamtimes
Comment