0
Saturday 28 June 2014 - 14:25

İŞİD Mosulda iki Şiə məscidini dağıdıb

Story Code : 395804
İŞİD Mosulda iki Şiə məscidini dağıdıb
İŞİD Mosulda iki Şiə məscidini dağıdıb
İraqın media mənbələrinin verdiyi məlumata əsasən ölkənin şimalında yerləşən əl Qubbah və Şarixan kəndlərində mövcud olan müqəddəs əraziləri partlayıcı maddələr vasitəsilə dağıdıblar.

Hücumdan sonra kənddə yaşayan yüzlərlə sakin evlərini tərk edib.
Bu hadisə təkfirçi terrorçuların Mosulun qərbində dini məkanları dağıtdıqdan iki gün sonra baş verdi.

Terrorçular Fəth əl Kain məbədini dağıtmaq üçün buldozerlərdən istifadə edib.

İŞİD təkfirçiləri həmçinin bu həftə bəyanat yayaraq ölkədə mövcud olan bütün tarixi və dini məbədləri dağıdacaqlarını bildiriblər.

Şahidlər deyib ki, döyüşçülər İraqın Mosul şəhərində mövcud olan mədəniyyət abidələrini məhv ediblər.
İŞİD döyüşçüləri 10 iyun tarixində Neynəva əyalətinin paytaxtı hesab edilən Mosulu ələ keçiriblər. Onlar daha sonra Bağdaddan 140 km aralıda yerləşən Tikriti ələ keçiriblər.

İraq baş naziri Nuri əl Maliki deyib ki, ölkənin təhlükəsizlik qüvvələri terrorçular ilə mübarizə aparır və Mosulun ələ keçirilməsi İraq hökumətinə qarşı təxribatdır. İraq baş naziri həmçinin Səudiyyə Ərəbistanı və Qətəri ölkənin daxili işlərinə qarışmaqda və terrorçuları dəstəkləməkdə ittiham edib.
Source : Islamtimes
Comment