QR CodeQR Code

ABŞ büdcəsinin kəsiri 1,3 trln. dollar təşkil edəcək

8 Oct 2010 16:57

IslamTimes - ABŞ dövlət büdcəsinin kəsiri sentyabrın 30-da başa çatmış 2009-2010-cu maliyyə ilində təxminən 1,3 trln. dollar təşkil edəcək. Bu barədə ABŞ Konqresinin Büdcə İdarəsi açıqlama yayıb.


İdarə 2009-cu ilin rekord göstəricisi ilə müqayisədə büdcə kəsirinin 125 mlrd. dollar azaldığını bəyan edib. Ötən il bu göstərici 1,42 trln. dollar təşkil edib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən ay açıqlama yayaraq, avqustda büdcə kəsirinin 90,53 mlrd. dollar olduğunu bəyan edib. 11 ayın yekunlarına görə isə bu göstərici 1,260 trln. dollar olub. /apa/


Story Code: 39581

News Link :
https://www.islamtimes.org/az/news/39581/abş-büdcəsinin-kəsiri-1-3-trln-dollar-təşkil-edəcək

Islam Times
  https://www.islamtimes.org