Faktxəbərin "Fələstin" informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, İordan çayının qərb sahilinə təşki olunan hücum zamanı, İsrail əsgərləri yenə fələstinləri qətlə yetirib. İsrailin işğalı altında olan Fələstin şəhərlərindən Əl-Xəlil şəhərinə təşkil olunan hücum zamanı daha iki fələstinli qətlə yetirilib. Qeyd edək ki, öldürülən fələstinlilərin kimliyi barədə məlumat verilməsə də, onların "İzəddin Əl-Qəssam" briqadasının döyüşçüləri olduğu bildirilir.