QR CodeQR Code

İsrail əsgərləri 2 fələstinlini qətlə yetirib

8 Oct 2010 17:02

IslamTimes - Əl-Xəlil şəhərinə edilən hücum zamanı daha iki fələstinli öldürülüb


Faktxəbərin "Fələstin" informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, İordan çayının qərb sahilinə təşki olunan hücum zamanı, İsrail əsgərləri yenə fələstinləri qətlə yetirib. İsrailin işğalı altında olan Fələstin şəhərlərindən Əl-Xəlil şəhərinə təşkil olunan hücum zamanı daha iki fələstinli qətlə yetirilib. Qeyd edək ki, öldürülən fələstinlilərin kimliyi barədə məlumat verilməsə də, onların "İzəddin Əl-Qəssam" briqadasının döyüşçüləri olduğu bildirilir.


Story Code: 39582

News Link :
https://www.islamtimes.org/az/news/39582/israil-əsgərləri-2-fələstinlini-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.org