QR CodeQR Code

Putin, Merkel, Olland və Poroşenko Ukraynanı müzakirə ediblər

29 Jun 2014 23:32

IslamTimes - Olland, Putin, Poroşenko və Merkel bazar günü davamlı telefon konfransı müddətində Ukraynadakı situasiyanı müzakirə ediblər.


Fransa, Rusiya, Ukrayna prezidentləri – Farnsua Olland, Vladimir Putin, Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel bazar günü davamlı telefon konfransı müddətində Ukraynadakı situasiyanı müzakirə ediblər.
Almaniya və Fransa liderləri əsas diqqəti ölkədə vəziyyətin sabitləşdirilməsi üçün vacib olan addımlara yönəldiblər. Onlar atəşkəs rejiminin uzadılmasının, dialoqun davam etdirilməsinin və Kiyevin irəli sürdüyü sülh planlının reallaşmasının vacibliyini xüsusi qeyd ediblər.
Olland və Merkel həmçinin, Putin və Poroşenkonu atəşkəsə nəzarət və sülh planının gerçəkləşməsi  mexanizmi üzərində işləməyə çağırıblar. /Musavat/


Story Code: 396137

News Link :
https://www.islamtimes.org/az/news/396137/putin-merkel-olland-və-poroşenko-ukraynanı-müzakirə-ediblər

Islam Times
  https://www.islamtimes.org