QR CodeQR Code

142 İŞİD terrorçusu və xeyli hərbi texnika məhv edilib

30 Jun 2014 17:11

IslamTimes - Son 24 saat ərzində İraqda aparılan döyüş əməliyyatlarında İŞİD terror qruplaşmasının 142 terrorçusu və xeyli sayda hərbi texnikası məhv edilib.


Bu barədə İraq KİV-ləri İraq Silahlı Qüvvələrinin hərbi qərargahının mətbuat katibi Qasim Attaya istinadən xəbər yayıb. Q.Atta mətbuat konfransında bildirib: "Hərbi Hava Qüvvələrimiz İŞİD-ə 102 avia zərbə endirib. Nəticədə İŞİD-in 142 terrorçusu məhv edilib və 51 hərbi texnikası sıradan çıxarılıb".
Q.Atta vurğulayıb İraq Ordusu türkmən şiələrin geniş yaşadığı Telafer şəhərini tam nəzarətə götürüb. /Deyerler/


Story Code: 396269

News Link :
https://www.islamtimes.org/az/news/396269/142-işid-terrorçusu-və-xeyli-hərbi-texnika-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org