QR CodeQR Code

Rusiya hərbçiləri Ermənistanda təlim keçirlər

1 Jul 2014 13:14

IslamTimes - Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında genişmiqyaslı komanda qərargah təlimlərinə başlanıb.


Trend-in "Mediamaks" agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlər həftənin sonuna qədər davam edəcək.
Təlimlərdə 200-dən çox hərbi texnika və 600 hərbçi iştirak edir.
Alagəz və Kamxud təlim-məşq komplekslərində keçirilən təlimlərə tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar və artilleriya cəlb olunub.
Hərbi təlimlərdə HHM BUK-M1-2 və S-300V kompleksləri, həmçinin MiQ-29 təyyarələri də iştirak edəcək.
Təlimdə pilotsuz uçuş aparatlarının eskadrilyası da iştirak edir.


Story Code: 396606

News Link :
https://www.islamtimes.org/az/news/396606/rusiya-hərbçiləri-ermənistanda-təlim-keçirlər

Islam Times
  https://www.islamtimes.org