0
Monday 30 June 2014 - 15:14

İslam Rəhbəri: Düşmən müsəlman dünyasında daxili münaqişələrə təhrik edir

Story Code : 396652
İslam Rəhbəri: Düşmən müsəlman dünyasında daxili münaqişələrə təhrik edir
İslam Rəhbəri: Düşmən müsəlman dünyasında daxili münaqişələrə təhrik edir
Bazar günü Quran tilavət edən bir qrup insanlar qarşısında çıxış edən İran İslam İnqilabının rəhbəri deyib ki, düşmənin xüsusi xidmət orqanları İraq da daxil olmaqla bir sıra müsəlman dövlətlərində vətəndaş münaqişələrini qızışdırmaq üçün xüsusi işlər aparırlar.

İslam Ümmətinin dərin agahlığa malik olmasını alqışlayan Ayətullah Seyyid Əli Xamenei qeyd edərək bildirib: “İslam düşmənləri bu faktdan qorxurlar və çalışırlar ki, İslam ilə din adı altında mübarizə aparsınlar.”

İslam Rəhbəri həmçinin təkid ilə bildirib ki, dini ekspert və alimlər insaları Quran təlimləri ilə tanış etmək üçün çox mühüm və əhəmiyyətli işlər aparırlar.

İslam Rəhbəri əlavə edərək deyib: “Plan elə olmalıdır ki, nəticədə bütün insanlar Quranın məna və təfsirindən agah olsunlar.”

Ayətullah Xamenei həmçinin Amerika İslamı ilə həqiqi İslam arasında mövcud olan fərqlilikləri qeyd edib.

İslam Rəhbəri bildirib: “Amerika İslamın İslami görünüş və adı olmasına baxmayaraq despot və sionizm ilə barışır və təmamilə despot və ABŞ-ın maraqlarına xidmət edir.”

Şənbə günü İslam rəhbəri düşmənin regionda mövcud olan İslamı oyanış dalğasının qarşısını almaq üçün Şiə və Sünni arasında məzhəbi çaxnaşma toxumu səpdikləri haqqında xəbərdarlıq edib.

O deyib: “Bugün, düşmən regionda vətəndaş müharibələrinə yatırım edir və İslamı Oyanışın qarşısını almaq üçün Şiə-Sünni müharibəsini qızışdırır.”

Ayətullah Xamenei bir daha İraqda mövcud olan münaqişəyə toxunmuş və qeyd edərək bildirmişdir ki, devrilmiş İraq diktatoru Səddam Hüseyn rejiminin qalıqları və bir qrup cahil insanlar ölkədə cinayətlər həyata keçirirlər.
Source : İslamtimes
Comment