0
Wednesday 2 July 2014 - 13:10

Böyük məğlubiyyətə uğrayan İŞİD İraqdan çıxır?

Story Code : 396810
Böyük məğlubiyyətə uğrayan İŞİD İraqdan çıxır?
İraqın qərb və şimal qərbinin böyük hissəsini ələ keçirən İŞİD terror qruplaşması başlanğıcda hədəfinin paytaxt Bağdad olduğunu bildirmşdi. Lakin İŞİD-ə itaət etməyən sünnilərlə şiə vətəndaşları hədəf alan və hər dəfə onları qətlə yetirən hücumlarından sonra böyük şiə alimlərindən olan Ayətullah Sistani də İraq xalqına "Cihad fətvası" verərək bütün vətənpərvərlərə səfərbərlik çağırışı etmişdi, - "Şəfəq".
İraqda böyük hərbi məğlubiyyətə düçar olan terrorçular çarəni qaçmaqda gördü. "İki variantımız var"  deyən terrorçular artıq İraqı tərk etmək qərarına gəlib. "Ya geri çəkiləcək, ya da boş yerə öləcəyik. Düşmənimiz olan Səfəvi ordusu kafirlərdən inkişaf etmiş silah da aldı. Mənəviyyatımız da tənəzzülə uğrayıb. Başqa yerlərdə bizə ehtiyac olduğundan İraq torpaqlarından çıxmaq lazımdır", - deyə İŞİD-in rəsmi tvitter səhifəsində bildirilir. Lakin onların növbəti hədəfinin hara olacağı barədə terrorçular məlumat verməyib. 
Xatırladaq ki, son məlumatlara əsasən, İraq HHQ-i Rusiyadan aldığı qırıcılarla İŞİD-ə öldürücü zərbələr endirib. /Deyerler/
Comment