0
Saturday 9 October 2010 - 13:16

Ukraynadan “müsəlmanlar”a dərs

Story Code : 39692
Ukraynadan “müsəlmanlar”a dərs
Ukraynadan “müsəlmanlar”a dərs
Məmur, dövlət rəsmisi, rəsmi görüşlərə qatılan insan necə geyinməlidir? Cəmiyyət, rəsmiləri ciddi geyimdə görmək istəyir, şübhəsiz! Müsəlman ölkələrində xüsusilə qadınların açıq-saçıq geyimdə rəsmi görüşlərə qatılması normal qarşılanmır. Bu istiqamətdə addım atan isə Ukrayna oldu!
Ukrayna höküməti yeni dress-kod tətbiq edib. Bu qərara əsasən məmur ciddi və rəsmi geyinməlidir. Skeptiklər bu addımın Yuliya Timoşenkoya qarşı atıldığını düşünürlər. Dress kodun tətbiqi ilə bağlı fərman Ukrayna hökumətinin rəsmi saytında yerləşdirilib.
Yeni dress-koda əsasən, məmurun ən azı 3 dəst kostyumu olmalıdır və o köynəyini hər gün dəyişməlidir. Xanımlar gödək yubka, şəffaf parçadan dar geyim geyə bilməzlər.
/AFP (Fransa) - HaqqYolu/
Comment