QR CodeQR Code

İraq ordusu 86 İŞİD üzvünü məhv etdi

2 Jul 2014 19:54

IslamTimes - İraq Müdafiə nazirliyi Babil, Səlahəddin və Diyala məntəqələrində havadan və qurudan edilən hücumlar nəticəsində 86 İŞİD üzvünün öldürüldüyünü açıqlayıb!


Babil şəhərinin 45 km şimal qərbində yerləşən Cirf Əl Saker qəsəbəsində İŞİD üzvlərinin bir meyvə bağında toplandığını təsbit edən İraq Hava Qüvvələrinə aid qırıcı təşkil etdiyi hava hücumunda 60 təkfirçini qətlə yetirib. Əməliyyatda terroristlərə aid 9 avtomobil içindəkilərlə birlikdə məhv edilib.
Bağdadın 60 km şimal şərqində olan Diyala şəhərində İŞİD terroristlərinin sığındığı İran sərhədi yaxınlığındakı Şervin kəndinə də hücum təşkil edilib. Hücum nəticəsində 6 İŞİD üzvünün öldürüldüyü xəbər verilir. Səlahəddin məntəqəsində İŞİD-in idarəsindəki Əl Şirgat məntəqəsində dövlət idarələrindən birinə hücumda da ən az 20 terrorist öldürülüb.


Story Code: 396942

News Link :
https://www.islamtimes.org/az/news/396942/iraq-ordusu-86-işid-üzvünü-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org