QR CodeQR Code

Rusiya, Almaniya, Fransa və Ukrayna atəşkəs sazişi imzalayıblar

3 Jul 2014 19:23

IslamTimes - Rusiya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirləri atəşkəs elan edilməsi barədə razılığa gəliblər.


Berlində aparılan danışıqlarda tərəflər Ukraynanın cənub-şərqində yaşanan münaqişə üzrə atəşkəs sazişini qəbul edib, - İTAR-TASS.
Berlində keçirilən görüşün yekunlarını Almaniyanın xarici işlər naziri Frank Uolter Ştaynmayer açıqlayıb. Ştaynmayer bildirib ki, danışıqlar  Rusiya, Almaniya, Fransa və Ukrayna XİN rəhbərləri arasında keçirilib və konstruktiv müzakirələr baş tutub.
Görüşdə iştirak edən Rusiya xarici işlər naziri Serqey Lavrov danışıqlar zamanı Ukrayna böhranına dair atəşkəs sazişinin imzalanmasını təsdiqləyib. "Biz dəfələrlə tərəfləri dialoqa çağırmışıq və böhranın həllini danışıqlar masası arxasında həll etməyə dəvət etmişik. Biz bunu dəfələrlə demişik və bir daha ictimai şəkildə dəyan edirik ki, problemlər dialoqla çözülməlidir", - Lavrov bildirib.  /Deyerler/


Story Code: 397062

News Link :
https://www.islamtimes.org/az/news/397062/rusiya-almaniya-fransa-və-ukrayna-atəşkəs-sazişi-imzalayıblar

Islam Times
  https://www.islamtimes.org