0
Saturday 9 October 2010 - 21:38

NATO Talibanın əlində oyuncağa çevrilib

Story Code : 39755
NATO Talibanın əlində oyuncağa çevrilib
NATO Talibanın əlində oyuncağa çevrilib
Pakistanın cənub-şərqində Əfqanıstanda yerləşdirilmiş NATO işğalçı qüvvələri üçün yanacaq aparan daha 30 benzin maşını partladılıb. Bu barədə Pakistanın hakimiyyət orqanlarından məlumat verilib, - “RBK” xəbər verir.
Məlumata görə, yük avtomobillərinin partladılmasında 20-yə qədər “Taliban” terrorçusu iştirak edib. Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, sentyabrın 30-dan bəri Pakistanda NATO-ya məxsus benzin daşıyan avtomobillərə hücumlar artıb. İndiyə qədər artıq 35-ə qədər belə avtomobilin partladıldığı bildirilir. /Deyerler/
Comment