QR CodeQR Code

NATO Talibanın əlində oyuncağa çevrilib

9 Oct 2010 21:38

IslamTimes - NATO-ya məxsus daha 30 benzin daşıyan maşın partladılıb


Pakistanın cənub-şərqində Əfqanıstanda yerləşdirilmiş NATO işğalçı qüvvələri üçün yanacaq aparan daha 30 benzin maşını partladılıb. Bu barədə Pakistanın hakimiyyət orqanlarından məlumat verilib, - “RBK” xəbər verir.
Məlumata görə, yük avtomobillərinin partladılmasında 20-yə qədər “Taliban” terrorçusu iştirak edib. Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, sentyabrın 30-dan bəri Pakistanda NATO-ya məxsus benzin daşıyan avtomobillərə hücumlar artıb. İndiyə qədər artıq 35-ə qədər belə avtomobilin partladıldığı bildirilir. /Deyerler/


Story Code: 39755

News Link :
https://www.islamtimes.org/az/news/39755/nato-talibanın-əlində-oyuncağa-çevrilib

Islam Times
  https://www.islamtimes.org