0
Sunday 6 July 2014 - 11:30

15 yaşlı uşaq İsrail-ABŞ qalmaqalı yaratdı

Story Code : 397640
15 yaşlı uşaq İsrail-ABŞ qalmaqalı yaratdı
Amerika vətəndaşı Sionist rejimin asayiş qoruyucuları tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, Qüdsdə baş verən qarşıdurmalarda Florida ştatının Tariq Hideyr adlı 15 yaşlı sakini əmisi oğlu Mühamməd Abu-Hideyrin öldürülməsinə qarşı çıxıb.
 
Çox keçmədən ABŞ Dövlət Departamentindən məsələ ilə bağlı açıqlama verilib. “Biz Amerika vətəndaşı olan Tariq Hideyrin Qüdsdə tutulması faktını təsdiqləyirik. Bu gün onu ABŞ konsulunun nümayəndəsi ziyarət edib” deyə ABŞ Dövlət Departamentin sözcüsü Psaki keçirilən mətbuat konfransında bildirib.
 
Psakinin sözlərinə görə ABŞ “ən ciddi şəkildə həddindən artıq güc istifadə edilməsini qınayır və tez bir zamanda ittihamın şəffaf, etibarlı şəkildə istintaqını tələb edir”. Amerika-Müsəlman Əlaqələri Birliyi dövlət departamentindən amerikalı yeniyetmənin tez bir zamanda azadlığa buraxılması üçün əlindən gələni əsirgəməməsini tələb edib.
 
Bu arada işğalçı İsrail rejimi tərəfindən saxlanılan uşağın 3 israil polisi tərəfindən vəhşicəsinə döyülmə kadrları yayılıb. Bu iki ölkə arasında yaşanacaq yeni qalmaqalı istisna etmir.
Comment