0
Sunday 6 July 2014 - 15:20

İŞİD darmadağın oldu

Story Code : 397643
İŞİD darmadağın oldu
İraqın Əl-Ənbar rayonunda təhlükəsizlik qüvvələri ilə terror təşkilatı olan İraq Şam İslam Dövləti (İŞİD) arasında çıxan qarşıdurmalarda 22 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib.
ANS PRESS-in məlumatına görə, Ənbar əməliyyat komandiri general-leytenant Rəşid Felih bildirib ki, Ənbara bağlı əl-Fəllucə mahalının şərq və şimalında ordu birlikləri ilə İŞİD arasında yaşanan qarşıdurmalarda 18 terrorist öldürülüb, 11 terrorist isə yaralanıb. Bundan başqa, “İŞİD”ə aid 5 hərbi vasitənin yandırıldığını da general qeyd edib. Qarşıdurmada İraq ordusunun 3 əsgərinin yaralandığı bildirilir.
Xatırladaq ki, İraq Hərbi Hava Qüvvələri İŞİD-ə endirdiyi zərbələr səbəbindən onların bəzi məntəqələrdən geri çəkilməsinə səbəb olub.
Comment