QR CodeQR Code

Ərəb Birliyi ABŞ-a bir ay vaxt verdi!

10 Oct 2010 07:44

IslamTimes - Ərəb Birliyi Yaxın Şərqdə sülh müzakirələrinin davamlılığını təmin etmək üçün ABŞ-a daha bir ay vaxt vermək qərarına gəlib.


Liviyada keçiriləcək Ərəb Birliyi sammitindən əvvəl bu quruma daxil olan ölkələrin xarici işlər nazirləri bir araya gəlib.
Fələstin dövlət başçısı Mahmud Abbas toplantıdakı çıxışında ABŞ-ın vasitəçilik səylərinə şans vermək üçün bir ay vaxt istəyib.
Abbas ABŞ-ın birtərəfli qaydada Fələstin dövlətini 1967-ci ildəki sərhədləri ilə tanımasını istəyəcəyini deyib. Bu sərhədlər işğal altındakı Qərbi Şərianı da əhatə edir.
Ərəb Birliyinin müzakirə etdiyi digər variant isə BMT Təhlükəsizlik Şurasına müraciət etməkdir. /trt/


Story Code: 39772

News Link :
https://www.islamtimes.org/az/news/39772/ərəb-birliyi-abş-a-bir-ay-vaxt-verdi

Islam Times
  https://www.islamtimes.org